My hobby

Ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzinə çəkilən mühüm vəzifə hesab olunmasının vacibliyi nəzərə alınaraq 2017-2018-ci tədris ili "Ümumi təhsildə keyfiyyət ili" elan olunmuşdur. Təhsil Nazirliyinin fəaliyyət Planında əks olunmuş tədbirlər siyahısında fənlərin tədrisi vəziyyətinin öyrənilməsi müntəzəm olaraq il ərzində icra olunur. Xarici dillərin tədrisi vəziyyətinə xüsusilə diqqət yetirilir. Məktəbin yerləşdiyi ərazidə şagirdlərin əcnəbi dil öyrənməyə marağının yüksək olduğu nəzərə alınaraq bu sahədə islahatların aparılması zərurəti yaranır, pedaqoji kollektivə savadlı, gənc kadrlar cəlb olunur və onlar da çoxillik pedaqoji təcrübəyə malik müəllimlərlə sıx əməkdaşlıq edərək xarici dillərin tədrisi zamanı şagirdlərdə bacarıq və vərdişlə-rin formalaşmasına və cəmiyyət üçün bilikli, bacarıqlı, yaradıcı fərdlərin yetişdiril-məsi üçün ciddi səylə çalışırlar. Açıq dərslər, dərsdinləmələr, müzakirələr və digər tədbirlər ümumi məqsədin fəaliiyət proseslərindən hesab olunur. Məktəbə yeni cəlb olunan savadlı pedaqoji kadrlardan məktəbin ingilis dili müəllimi Miranə İsmayılovanın 5a sinfində "My Hobby" mövzusunda açıq dərs keçirildi.İnteraktiv dərsin bütün mərhələlərinə riayət olundu.İngilis dilində səlis danışan Miranə müəllim şagirdlərin mövzunu mənimsəməsi üçün zəruri üsul və vasitələrdən istifadə etdi. Dərsin gedişində sual-cavab, imla, sözlərin tərcüməsi, qrup tapşırıq-larına geniş yer verildi. Açıq dərsin müzakirəsində dərsdinləmədə iştirak edən müəllimlər öz fikir və iradlarını bildirdilər. Məktəbin direktoru Nizaməddin Ağca-yev dərs haqqında təəssuratlarını ifadə edərək öz münasibətini bildirdi və öz fəaliyyətində cavan kadrlara göstərdiyi dəstəyin bundan sonra da davam etdirə-cəyini qeyd edərək dərsi qənaətbəxş hesab etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi