Şagirdlərin imla yazı bacarıqları yoxlanıldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.  Ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdur. “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq edilmiş və 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran vəzifələr haqqında məktəb pedaqoji kollektivlərinə ətraflı məlumat verilmişdir. Nazirliyin Fəaliyyət planında nəzərdə tutulan hədəflərin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü təşkilati-pedaqoji tədbirlər həyata keçirilir. Beləki, Təhsil Nazirliyinin Fəaliyyət planının 1.3.2. bəndində nəzərdə tutulmuş “İbtidai siniflərdə və buraxılış siniflərində şagirdlərin mövcud tələblərə uyğun qaydada oxu, yazı və riyazi bacarıqlarının öyrənilməsi”ni əsas götürərək, məktəbdə 2, 6,7,8, 10-cu siniflərdə Azərbaycan dilindən yoxlama imla yazı işi həyata keçirildi. Əvvəlcədən hazırlanmış yazı nümunələri müvafiq fənn müəllimləri tərəfindən icra olundu. Monitorinqin nəticələri yoxlanılaraq məktəb rəhbərliyinə təqdim olundu. Bu prosesin I yarımilin sonunadək bütün siniflərdə aparılması nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi