Pedaqoji Şuranın növbəti iclası keçirildi

    Bu gün məktəb Pedaqoji Şurasının növbəti iclası keçirildi.İclasa məktəbin direktoru N.F.Ağcayev sədrlik edirdi.Məktəbin bütün pedaqoji kollektivinin iştirak etdiyi iclasda aşağıdakı məsələlər müzakirə üçün təqdim edildi:

1.”Təhsildə keyfiyyət ili”ilə bağlı həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr

2.Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi və məktəbəhazırlıq sinfinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər barədə

3.Pedaqoji işçilərin etik davranış qaydaları barədə

4.Cari məsələlər

    Yuxarıda qeyd olunan məsələlər üzrə məruzəçilər geniş məlumatı padaqoji heyətin diqqətinə çatdırdılar.Məsələlər ətrafında müzakirələr aparılaraq kollektivin ümumi rəyinə əsasən qərarlar qəbul edildi.Müzakirələrdə Məhərrəmli Çinarə,Quliyev Rahim,Həsənova Şəfiqə və s.müəllimlər fəallıq göstərirdilər.

    Gündəlikdə duran məsələlər arasında ,günümüzün reallıqları ilə fəal surətdə ayaqlaşan  və qızğın müzakirələrə səbəb olan pedaqoji işçilərin etik davranış qaydaları təhsilverənlərlə təhsilalanların arasında səmimi,insani münasibətlərin qurulmasının nə qədər vacib olduğunu bir daha sübut elədi.

    Şagirdlərin davamiyyəti,məktəbin inventarlarına olan münasibət,müəllimlərin məktəb növbətçilik cədvəlinə ciddi riayət olunması,şagirdlərin məktəbli geyimləri müzakirələrdə öz əksini tapdı.

 “Təhsildə keyfiyyət ili”ilə bağlı məktəbin illik Fəaliyyət Planına daxil olan tədbirlərin keçirilməsi  və qarşıda duran vəzifələr barədə məlumat verildi.

20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi  haqqında tədbirlər planı açıqlanı və müvafiq tapşırıqlar verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi