Aztəminatlı ailələrə bayram hədiyyəsi paylandı
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təşkil olunmuş tədbirlərdən biri də aztəminatlı ailələri bu bayram günlərində az da olsa sevindirməkdir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bayram günlərində məktəbimizin bir qrup müəllimi ilə birlikdə bir neçə aztəminatlı ailədə oldular.Onların gətirdiyi bayram hədiyyəsi həmin ailələrin böyük sevincinə səbəb oldu.Zəkiyyə xanım onların ölkə başçısının daim diqqət mərkəzində olduqlarını bildirdi. Onlar yüksək diqqət və qayğıya görə ölkə başçısına öz dərin təşəkkürlərini bildirdilər.