Məktəblilərin "Qış nagılı"
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Tarix boyu bütün dünyaya səpələnmiş azərbaycanlılar tərəfindən 70-dən çox ölkədə qeyd edilən bu bayram artıq Azərbaycan xalqının birlik rəmzinə çevrilib.
Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Məktəbimizdə də, bu gün böyük ruh yüksəkliyi ilə qeyd edilir.Bu gün məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Çinarə Məhərrəmovanın təşkilatşılığı ilə bayram tədbiri keçirildi.Tədbir boyu bir-birindən maraqlı çıxışlar iştirakçıların zövqünü oxşadı.Şaxta baba və Qar qızın gəlişi tədbirə xüsusi rəng qatdı.Tədbirdə çıxış edən məktəbin direktoru N.Ağcayev tədbirin təşkilatçısına təşəkkür etdi,onu fəxri fərmanla təltif etdi.Tədbirdə fəal iştirakına görə 12 nəfər şagird də,məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.Tədbir daha sonra valideynlərindən birini və yaxud hər ikisini itirmiş və ehtiyacı olan şagirdlər üçün hazırlanmış bayram süfrəsi arxasında davam etdirildi.Məktəb rəhbəri onlara xüsusi hazırlanmış hədiyyələr payladı.