"İşçi arılar" bayram edir
Xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış,qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə 28 il əvvəl həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.
Milli səviyyədə keçirilən bayram ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha nümayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da “Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarı yenicə müstəqilliyini elan etmiş Azərbaycanın çağdaş tarixində fundamental sənədlərdən biridir. Bu gün respublikamızın hər yerində yüksək səviyyədə qeyd edilir.Məktəbimizdə də,bu münasibətlə silsilə tədbirlər keçirilir.
Dekabrın 27-də məktəbimizin ibtidai sinif müəllimi Fidan Səmədova məktəbəhazırlıq qrupunun şagirdləri ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili qeyd etdilər.Valideynlər və məktəbin pedoqoji heyətinin iştirakı ilə keçirilən tədbirdə balacalar maraqlı nömrələr nümayiş etdirdilər.Onların ifasında bir-birindən maraqlı rəqslər,mahnılar,şeirlər səsləndirildi.Məktəbin direktoru Nizaməddin Ağcayev uşaqları,valideynləri səmimi qəlbdən təbrik edərək,tədbirin ərəyə-ərsəyə gəlməsində göstərdikləri köməyə görə onları alqışladı və onlara öz təşəkkürünü bildirdi.Tədbirin təşkilatçısı Fidan müəllim də,öz növbəsində tədbir iştirakçılarını təbrik etdi və balaca fidanlarına yeni-yeni uğurlar arzuladı.