IX sinif şagirdlərinin Azərbaycan dilindən oxu və yazı bacarıqları yoxlanıldı.
22.12.2017-ci il tarixdə məktəbimizdə IX sinif şagirdlərinin Azərbaycan dilindən oxu və yazı bacarıqları yoxlanıldı.Məktəbimizdə 97 nəfər IX sinif şagirdləri 4 sinif otağında yerləşdirildi.Əvvəlcə şagirdlərə nəzarətçi müəllimlər tərəfindən ifadə təqdim olundu sonra isə II variantda hazırlanmış 15 sualdan ibarət test tapşırıqları paylanıldı.Şagirdlər verilmiş ifadə yazıdan sonra mətn əsasında test suallarını cavablandırdılar.Şagirdlərimizə uğurlar arzulayırıq.