Həmrəylik günün mübarək, Azərbaycan!

      21.12.2017-ci il tarixində məktəbin ingilis dili müəllimi Rəhilə Hacıyevanın rəhbəri olduğu 7b sinfində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir kollektivin Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Aparıcıların ingilis və azərbaycan dilində səsləndirdikləri mətndə bu tarixi günün təsis olunması haqqında tədbir iştirakçılarına geniş məlumat verildi.

     İlk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabr ayında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi, qohumluq əlaqələri bərpa etmək məqsədilə əsassız çəkilmiş çəpərlərinə qarşı xalqın egtirazı - “sərhəd hərəkatı“ adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.Əbədiyaşar Prezident, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə Naxçıvanda “31 Dekabr- Azərbaycanlılarının Həmrəyliyi Günü” elan olundu.

    Ulu Öndərin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Şagirdlərdən ibarət xorun ifasında mahnılar, şeirlər səsləndirildi. Şaxta baba və Qar qızın məzəli zarafatları, sualları, qaliblərərə verdiyi hədiyyələr bütün iştirakçıların marağına səbəb oldu. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxışında məmnunluğunu ifadə edərək, tədbir iştirakçılarını yeni - 2018-ci il və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik etdi, Rəhilə müəllimə xüsusi  təşəkkürünü bildirdi. Tədbir atəşfəşanlıqla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi