Böyük sənətkar- Şövkət Məmmədova
19.12.2017-ci il tarixində 118 nömrəli tam orta məktəbdə görkəmli Azərbaycan opera artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Şövkət Məmmədovanın həyatı, yaradıcılığı, Azərbaycan opera və vokal sənətinin inkişafında göstərdiyi xidmətlərindən söhbət açıldı.
Məktəblilər Şövkət Məmmədovanın əziz xatirəsinə həsr olunmuş musiqi, şeir və müxtəlif səhnəciklər nümayiş etdirdilər.
Sonda məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək, Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Yaqubovanın təşkilatçılığı ilə keçirilən tədbiri yüksək qiymətləndirdi, Azərbaycan qadınının XX əsrin əvvəllərində olan vəziyyətini müqayisəli şəkildə analiz etdirdi və qeyd etdi ki, hal-hazırda Azərbaycanda bütün sahələrdə gender bərabərliyi gözlənilir. Qadınlarımız hər sahədə fəaliyyət göstərirlər. Bunun timsalı olaraq Azərbaycanın Viste-prezidenti Mehriban xanım Əliyevanın nümunə göstərmək olar.