Narkomaniya-əsrin bəlası
Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır.Bu dəhşətli faciənin qarşısını almaq üçün bir sıra qərarlar qəbul edilmişdir.
Azərbaycanda da bu sahədə xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına” və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına” qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.
Narkomaniyanın gənclər arasında daha geniş yayılmasını nəzərə alan dövlət və hökumət orqanları mütəmadi olaraq orta ümumtəhsil müəssisələrində görüşlər keçirir,onların maariflənməsində öz töhfələrini verməyə çalışırlar.
Bu gün məktəbimizdə Suraxanı rayonu Polis İdarəsinin rəisi,polis polkovniki Namiq Həsənov, Suraxanı rayonu Polis İdarəsinin əməkdaşları,polis moyorları Səməd Şıxlı, Murad Hümbətov ,Yusif Məmmədov,polis kapitanı Elvin Quliyev,polis leytnantı Vüsal Quliyevin iştirakı ilə “Narkomaniya-əsrin bəlası”adlı tədbir keçirildi.Tədbiri giriş sözüylə açan məktəbin direktoru N. F. Ağcayev,narkomaniyanın cəmiyyətimizə vurduğu zərbə,bu faciənin törətdiyi fəsadlar barəsində geniş məlumat verdi.Sonra polis polkovniki N. Abbasov geniş məruzə ilə çıxış etdi.Şagirdlərin çoxsaylı sualları cavablandırıldı.Tədbir “Sağlam bədəndə sağlam ruh olar”devizi ilə başa çatdırıldı.