Məktəbimizin fəxri
Hər şəxsin həyatında mühüm rol oynayan idman insanları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən güclü edir. Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra ötən 20 ildə respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf dövrünə qədəm qoyub. Ümummilli lider ölkəmizdə sağlam gənc nəslin yetişməsində və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsi tərəfindən layiqincə davam etdirilir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsasını təşkil edir. İnsanların fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.
Bununla əlaqədar olaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədrisinə xüsusi diqqət ayrılır,ixtisas müəllimləri tərəfindən şagirdlərlə müxtəlif idman yarışları keçirilir.Bundan əlavə rayon və şəhər turlarına iştirakçılar göndərilir.Məktəbimizin şagirdləri arasında beynəlxalq idman yarışlarına vəsiqə qazanaraq yüksək nəticələr əldə edən şagirdlərimiz də az deyil.
Dekabr ayının 10-da məktəbimizin 5a sinfində təhsil alan “General”idman klubunun üzvü Məmmədzadə Davud Allahverən oğlu Moskva şəhərinin Ordu İdman Klubunun Yüngül Atletika və Futbol Kompleksində keçirilən Taekvon-Do (İTF)növü üzrə XVIII açıq ümumrusiya “Moskva çağırışı” yarışmasında Matsoqi(döyüş)növü üzrə III yerə layiq görülərək,diplom və medalla təltif olunmuşdur.Bu münasibətlə məktəbin direktoru N. F. Ağcayev onu təbrik etmiş və növbəti yarışmalarda uğurlar arzulamışdır.