Əsrin bəlası-narkomaniya

21-ci əsrin bəlası olan,bu gün bəşəriyyəti dərindən düşünməyə vadar edən problemlərdən biri də cəmiyyətin,xalqın,millətin ciddi təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir.Bəşəriyyətin ən qlobal məsələlərindən biri olan”ağ ölüm”adlandırılan narkomaniya bu gün dünya ictimaiyyətini düşündürür.Mütəxəssislər bəşəriyyəti bu dəhşətli bəladan azad etməyin yollarını araşdırırlar,gənclər arasında maarifləndirmə işini gücləndirmək məqsədilə müxtəlif tədbirlər keçirirlər.Bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı,qeyri-hökumət təşkilatları da xüsusi fəallıq göstərirlər.Respublikamızda fəaliyyət göstərən orta məktəblərdə bu münasibətlə silsilə tədbirlər həyata keçirilir.Belə tədbirlərdən biri də bu gün 118 saylı tam orta məktəbdə baş tutdu.Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı,rayonun səlahiyyətli nümayəndələri də iştirak etdi.Tədbirdə Suraxanı rayonu icra hakimiyyətinin nümayəndəsi Yeganə xanım,rayon Polis İdarəsinin Yetkinlik Yaşına çatmayanlarla profilaktik iş bölməsinin rəisi ,polis mayoru Namiq Abbasov,30-cu polis bölməsinin inspektoru,baş leytnant Vasif Abışov,23 saylı poliklinikanın həkim-terapevti Mətanət Atayeva,tibb bacısı Ramilə Səfərova,Suraxanı rayonu Gənclər və İdman idarəsinin rəis müavini Elşən Atakişizadə ,Hövsan kənd Gənclər İcmasının nümayəndəsi Anar Əsədullayev,76 saylı məktəbin direktoru Tehranə müəllim,280 saylı məktəbin direktoru Rövşən müəllim,270 saylı məktəbin direktoru Əli müəllim iştirak edirdilər.Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.Tədbirin aparıcılarç artıq “ağ ölüm”kimi az qala bütün dünyanı öz ağuşuna alan bu sosial bəlanın minlərlə insanın həyatına son qoymasından ürək ağrısı ilə danışdılar.Çıxış edən qonaqlar da qeyd etdilər ki,təəsüfki,bu dünyanın bir üzvü kimi Azərbaycanda narkomaniyanın acı nəticələrindən əziyyət çəkir.Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görür,ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.Tədbirdə narkomaniyanın insanların başına gətirdiyi faciələri əks etdirən videokadrlar da nümayiş olundu.Həmçinin,”Narkomaniya əsrin bəlasıdır”mövzusunda üç nominasiya üzrə müsabiqə keçirilmişdir.1-ci nominasiya-ən yaxşı divar qəzeti;2-ci nominasiya-ən yaxşı inşa yazı;3-cü nominasiya-ən yaxşı rəsm üzrə.Təşkilat komitəsi tərəfindən hər üç nominasiya üzrə 1-ci,2-ci,3-cü yerlərə seçilmiş şagirdlər rəhbərlik tərəfindən fəxri fərmanla təltif edildilər.Tədbirin sonunda qeyri-hökumət təşkilatı tərəfindən hazırlanmış “Hədəf”filminə baxış keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi