Əbədiyaşar lider

 

08. 12. 2017 – ci il tarixində 118 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru N. F. Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E. H. Muqumov, məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcılar-Məmmədli Səbinə və Dərbəndəliyev Etibar dahi rəhbərin mənalı həyatı və yorulmaz fəaliyyəti  haqqında ətraflı məlumat verdilər. Daha sonra ibtidai sinif şagirdlərinin ifasında Ulu öndərə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu, video – çarxlar göstərildi. Sonda çıxış edən məktəbin direktoru        N. F. Ağcayev tədbirin təşkilatçısı - F. F. Babayevaya təşəkkürünü bildirdi. Tədbir Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Sən ele bir zirvəsən” adlı musiqi sədaları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi