Məktəbəhazırlıq qruplarında mentorluq fəaliyyəti yekunlaşdı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri üçün 2017-ci ilin oktyabr-dekabr ayları ərzində mentorluq xidmətinin həyata keçirilməsi başa çatdı. Bununla əlaqədar dekabrın 2- də 270, 76, 196 və 208 nömrəli məktəblərində məktəbəqədər qruplarında  dərs deyən ibtidai sinif müəllimləri məktəbimizdə oldular. Məktəbimizin müəllimi F. F. Babayeva, 270 nömrəli məktəbin müəllimi G. Q. İbayeva, 76 nömrəli məktəbin müəllimi A. Ə. Mustafayeva və digər məktəbin müəllimlərinin müxtəlif fənlərdən açıq dərsləri oldu. Daha sonra keçirilmiş dərslərin müzakirə edildi. Müəllimlər öz təkliflərini irəli sürdülər. Seminarın rəhbəri S. Ş. Hacıyeva bu dərs dinləmələrindən razı qaldığını vurğuladı və müəllimlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi