Gənc fiziklərin və gənc kimyaçıların yaradıcılıq müsabiqələrinin məktəb mərhələsikeçirildi

Bakı şəhər məktəblilərinin fizika və kimya elminə olan marağının daha da artırılması və bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 228 və 229 nömrəli 15.11.2017-ci il tarixli əmrlərinə əsasən IX-XI sinif şagirdləri arasında gənc fiziklərin və gənc kimyaçıların yaradıcılıq müsabiqələrinin məktəb mərhələləri keçirilmişdir. IX-XI siniflərin hər sinifdən 1 nəfər olmaqla 3 nəfərdən ibarət bir neçə komanda müəyyənləşdirilmişdir. Məktəbin kimya müəllimi Çələbiyeva Cəmilə və fizika müəllimi Hüseynov Mahir tərəfindən müsabiqənin şərtlərinə uyğun olaraq sual, tapşırıq və təcrübə hazırlanmışdır. Qalib komandalar II mərhələyə vəsiqə qazanmışdır və onlarla hazırlıq işləri aparılır. Müsabiqələrin rayon mərhələsində (II mərhələdə)  iştirak edəcək komandaların sifarişləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun elektron ünvanına göndərilmişdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi