Monitorinq imtahanlarına hazırlıq
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 25.11.2017-ci il tarixində ümumtəhsil məktəblərinin 9-cu siniflərində ana dili və riyaziyyat fənnindən keçirələcək monitorinq imtahanları ilə əlaqədar məktəbin direktoru N.F.Ağcayev ana dili və riyaziyyat fənlərini tədris edən müəllimlərlə görüş keçimişdir. Görüşdə, monitorinqin fəaliyyəti haqqında materiallar bütün detalları ilə ətraflı müzakirə olundu. 9-cu siniflərdə təhsil alan 96 şagird mənimsəmə səviyyəsinə görə yeddi qrupa ayrıldı. Monitorinqin keçirilməsi üçün otaqlar müəyyənləşdirildi.Hər qrupa üç nəfər olmaqla nəzarətçilər təyin olundu. Nəzarətçilərə monitorinq imtahanlarının keçirilməsi haqqında təlimat vərəqləri paylandı. Bundan əlavə hər bir nəzarətçi-müəllim şifahi olaraq təlimatlandırıldılar. İmtahanın keçiriləcəyi vaxt müəyyənləşdirildi. 9-cu sinif şagirdlərinin tam tərkibdə imtahanda iştirakının təşkili sinif rəhbərlərinə xüsusi olaraq tapşırıldı. Məktəbdə, monitorinq imtahanlarının yüksək səviyyədə keçirilməsi və müsbət nəticələrin alınması üçün ciddi hazırlıq işləri aparıldı.