9-cu sinif şagirdlərilə monitorinq imtahanları ilə bağlı görüş keçirildi
Bu gün 9-cu sinif şagirdləri ilə ana dili və riyaziyyatdan monitorinq imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq məktəb rəhbərliyinin görüşü keçirildi.Görüşdə məktəbin direktoru Nizaməddin Ağcayev imtahanların keçirilməsi ilə bağlı bütün məlumatları şagirdlərin diqqətinə çatdırdı və imtahan təlimatını onlara oxudu.Şagirdlərlə yanaşı həmin siniflərdə ana dili və riyaziyyat fənnlərini tədris eden müəllimlər də iştirak edirdi.Fənn müəllimləri hazırladıqları nümunə sualları ilə şagirdlərə geniş izahat verdilər.Şagirdlər onları maraqlandıran və narahat edən sualları məktəb rəhbərliyinə ünvanladılar.Şagirdlərin suallarına geniş izahat verən məktəb direktoru onlara imtahanda uğurlar arzuladı.