9-cu siniflərdə ana dili və riyaziyyatdan monitorinq keçiriləcək

Bu gün məktəb rəhbərliyi tərəfindən 25 noyabr 2017- ci il tarixdə 9-cu siniflərdə ana dili və riyaziyyat fənnindən keçiriləcək monitorinq imtahanları ilə bağlı 9-cu sinifdə təhsil alan şagirdlərin valideynləri ilə görüş təşkil olundu.Görüşdə məktəbin pedaqoji kollektivi də iştirak edirdi.Görüş zamanı valideynlər arasında monitorinq imtahanları ilə bağlı geniş izahat işləri aparıldı və valideynlər bu sahədə xeyli məlumat əldə etdilər.Valideynləri maraqlandıran sualları cavablandıran məktəbin direktoru Nizaməddin Ağcayev bu imtahanların şagirdlər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı..N.Ağcayev öz çıxışında onu da qeyd etdi ki,bu il əvvəlki imtahanlardan fərqli olaraq,şagirdlərlə bərabər həmin siniflərə ana dili və riyaziyyatdan dərs keçən müəllimlər də imtahan verəcəklər.Valideynlər belə maarifləndirici görüşlərin mütəmadi keçirilməsini məktəb rəhbərliyindən xahiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi