Məktəbimizin şagirdləri Milli İncəsənət Muzeyində oldular

Məktəblilərin tətil günlərinin səmərəli keçirilməsi hər zaman olduğu kimi bu gün də məktəb rəhbərliyinin və pedoqoji kollektivinin qarşısında duran ən vacib məsələlərdən biri olub. Məktəbin fəaliyyət planına uyğun olaraq ibtidai sinif şagirdlərindən tutmuş  yuxarı sinif şagirdlərinə qədər bütün siniflər payız tətili müddətində paytaxtın, eləcə də, ətraf kəndlərdə yerləşən tarixi-memarlıq abidələrini, Azərbaycanın flora və faunasını əks etdirən park və bağları, incəsənət və xalçaçılıq muzeylərinə ekskursiya etmişlər. Belə ekskursiyalardan biri də noyabr ayının 19-da məktəbin tarix müəllimi Şəfiqə Həsənovanın təşkilatçılığı ilə 10-cu sinif şagirdlərinin Milli İncəsənət Muzeyinə ekskursiyası oldu. Şagirdlər muzeydə Avropa, Rusiya, Azərbaycan rəssamlarının çəkdiyi rəsm əsərlərinə tamaşa etdilər, muzeyin nadir eksponatları ilə yaxından tanış oldular. Muzeyə ekskursiya şagirdlərin yaddaşında hələ uzun zaman qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi