Məktəbəhazırlıq qruplarında dərs dinləmələri davam edir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri üçün 2017-ci ilin oktyabr-dekabr ayları ərzində mentorluq xidmətinin həyata keçirilməsi əlaqədar olaraq noyabrın 14-də növbəti dərs dinləməsi ibtidai sinif müəllimi L.F.Yüzbəyovanın sinfində oldu. Dərsdə mentor S.Ş.Hacıyeva iştirak edirdi. Bədii təfəkkürün inkişafı məşğələsində müəllim şagirdləri Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında məlumatlandırdı, şagirdlər bayraq haqqında müxtəlif şeirlər səsləndirdilər, daha sonra fərdi şəkildə bayrağın şəklini çəkdilər. Müəllimə və şagirdlərə uğurlar arzulayırıq.