Qarşılıqlı dərs dinləmələri davam edir
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili “Təhsildə keyfiyyət ili” elan edilib. Əmrə əsasən, 118 nömrəli tam orta məktəbdə “Təhsildə keyfiyyət ili” çərçivəsində təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir, monitorinqlər aparılır, qarşılıqlı dərs dinləmələri təşkil olunur. 14 noyabrda təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov, rus dili müəllimləri-G.L.Əfəndiyeva, X.İ.Süleymanova və ingilis dili müəllimi S.X.Abbasovanın iştirakı ilə rus dili müəllimi Elza Vəliyevanın dərs dinləməsi oldu. Dərs zamanı şagirdlər müxtəlif tapşırıqlar həll etdilər, sual-cavabda fəallıq göstərdilər. Dərs məktəbin direktoru N.F.Ağcayevin iştirakı ilə müzakirə olundu.