Dini maarifləndirmə mövzusunda söhbət aparıldı

Noyabrın 14-də E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin tarix müəllimi G.İ.Osmanovanın rəhbərliyi altında XI sinif şagirdləri ilə növbəti dini maarifləndirmə mövzusunda söhbət aparıldı. Söhbət zamanı qeyd olundu ki, maarifləndirmə tədbirlərinin keçirilməsi dini bilgiləri zəif olan insanların, xüsusilə də yeniyetmə və gənclərin dini maarifləndirilməsinə müsbət təsirini göstərir. Şagirdlərin diqqətinə çatdırıldı ki, radikalizm dağıdıcılıq, müharibə və fəlakətdən başqa heç nə vəd etmir. Dini maarifləndirmə tədbirlərinin sayəsində dini radikalizmə meyillənmə halları azalıb. Söhbət zamanı gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsində müəllimlərin vacib rol oynadığı vurğulandı. Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi