Məktəbəhazırlıq qrupunda növbəti dərs dinləməsi oldu
Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri üçün 2017-ci ilin oktyabr-dekabr ayları ərzində mentorluq xidmətinin həyata keçirilməsi əlaqədar olaraq bu gün növbəti dərs dinləməsi ibtidai sinif müəllimi F.Ş.Səmədovanın sinfində oldu. Dərsdə mentor S.Ş.Hacıyeva iştirak edirdi. Şagirdlər məntiqi və riyazi təfəkkürün inkişafı məşğələsində kvadratı qatlamaqla 2 və 4 bərabər hissələrə ayırdılar və həmin hissələri birləşdirməklə kvadrat düzəltdilər. Fiziki mədəniyyət məşğələsində isə "İlbiz" estafeti oyununu oynadılar, hədəfə sürünməklə çatıb, qaçaraq qayıtdılar. Müəllimə və şagirdlərə uğurlar arzulayırıq.