Məktəbəhazırlıq qrupunda dərs dinləməsi oldu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri üçün 2017-ci ilin oktyabr-dekabr ayları ərzində mentorluq xidmətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq bu gün ibtidai sinif müəllimi F.F.Babayevanın dərs dinləməsi oldu. Dərsdə mentor S.Ş.Hacıyeva iştirak edirdi. Dərs zamanı şagirdlər “Y” hərfini və “Y” səsini öyrəndilər, torbadan çıxarılan kağızları düzgün oxuyub yazmağı öyrəndilər, “Oynaq topum” mahnısını oxudular, musiqi sədaları ilə bowlinq oynadılar, nəqliyyat növlərini öyrəndilər, təyyarəni rənglədilər, kəsdilər və havadan asdılar. Şagirdlərimizə və müəllimə uğurlar arzu edirik.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi