Uşaqları qoruyaq!!!
Noyabrın 8-də E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A.Ə.Məmmədovanın təşkilatçılığı ilə 8”a” sinfində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqları qoruyaq!!!” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov, müəllimlər və şagirdlər iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcı ‒ Məmmədli Səbinə qonaqları salamladı, tədbirin məqsədi və məramı haqqında ətraflı məlumat verdi. Tədbirdə müxtəlif videoçarxlar nümayiş olundu, şeirlər səsləndirildi. Sinif rəhbəri çıxışında Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözlərini xatırlatdı. Məktəbin direktoru qeyd etdi ki, uşaq hüquqlarının müdafiəsinə dövlət təminat verir, bunula bağlı bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilir. Sonda məktəbin direktoru müəllimə və şagirdlərə təşəkkürünü bildirdi.