Məktəbimizin kollektivi Bülbülün ev-muzeyində oldular

Noyabrın 4-də E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi N.F.Qaybalıyevanın rəhbərliyi ilə IX”b” sinif şagirdləri tanınmış Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, ictimai xadim, professor Bülbülün ev-muzeyində oldular. Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır. Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Bütün bunlar şagirdlərin marağına səbəb oldu və xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi