"Konstitusiya -mənim əsas qanunumdur"adlı tədbir keçirildi

E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə 12 noyabr Konstitusiya Günü münasibəti ilə tədbir keçirildi.Əvvəlcə şagirdlərin ifasında Dövlət himni səsləndirildi.Tədbiri giriş sözüylə açan tədbirin təşkilatçısı,məktəbin tarix müəllimi Şəfiqə Həsənova konstitusiya tarixindən danışaraq ulu öndərimiz Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verdi.Bildirdi ki,böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlət Konstitusiyamız möhkəmləndi,ulu öndərin memarı olduğu müasir Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu.O ,həmçinin qeyd etdi ki,ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq işləri nəticəsində son illər ölkəmiz daha da inkişaf etmiş,bütün sahələrdə uğur qazanmışdır.Çıxışdan sonra konstitusiya gününə həsr olunmuş videoklip nümayiş etdirildi.Sonra isə 9-cu sinif şagirdləri arasında "Breyn-Rinq"yarışması keçirildi.9-a sinifinin komandasi "Vətən",9-b sinfinin komandsı "Şuşa" və 9-c sinfinin komandası isə "Zəka "adları altında yarışa qoşuldular.Yarışmada qoyulan sualları böyük həvəslə cavablandıran komandalar qalib olmaq uğrunda əzmlə mübarizə apardılar.Yarışmada birinci yeri "Zəka",ikinci yeri "Şuşa",üçüncü yeri isə "Vətən"komandaları bölüşdürdülər.Yarışmadan yüksək zövq alan müəllim və şagirdlər qaliblərə öz alqışları ilə dəstək oldular.Tədbirin sonunda məktəbin direktoru Nizaməddin Ağcayev bu böyük bayram münasibətilə öz təbriklərini çatdırdı və qalib gələnlərə fəxri fərmanlar verdi.O,gələcəkdə də belə tədbirlərin mütəmadi keçirilməsini tövsiyyə etdi.Tədbir "Koroğlu"ürverturasının sədaları altında başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi