“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib
Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu 118 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.“Dindarlıq və vətəndaşlıq mövqeyi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Nuriyeva, Hatəm Gülməmmədov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, məktəbin direktoru Nizaməddin Ağcayev və məktəbin pedaqoji kollektivi, rayon ərazisində yerləşən digər məktəblərin müəllim heyəti, şagirdlər və rayonun ağsaqqalları iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov “İslam Həmrəyliyi İli”nin “Multikulturalizm ili”nin məntiqi davamı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rəşid Məmmədov multikulturalizm və tolerantlığın Azərbaycanda həyat tərzi olmasından bəhs edib. Son dövrlər bu istiqamətdə görülən tədbirlər haqqında qısaca məlumat verib.Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov Azərbaycandakı multikultural dəyərlərin İslam həmrəyliyinə böyük töhfə olduğunu qeyd edib. Hatəm Gülməmmədov etnik və dini sabitliyin qorunmasında gənclərin mövqeyini xüsusi vurğulayıb.DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Nuriyeva vətəndaş cəmiyyətinin formalaşmasında gənc nəslin rolu və onların üzərinə düşən vəzifələrdən danışıb.Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.Tədbirin sonunda məktəbin direktoru Nizaməddin Ağcayev maarifləndirmə sahəsində həyata keçirilən belə silsilə tədbirlərin əhəmiyyətini vurğulayıb və təşkilatçılara keçirilən tədbirə görə məktəbin kollektivi adından təşəkkür edib.