"Hüquqlarımızı bilirikmi?" adlı "Dəyirmi masa" keçirildi.

Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkədə “Uşaq hüquqları aylığı” elan edilir.Hər il keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir. Aylıq çərçivəsində keçirilən tədbirlər ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.Bu aylığın keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarının, o cümlədən təhsil, sağlamlıq hüquqlarının müdafiəsinə, sosial problemlərinə, onların yolverilməz əməyə cəlb edilməsinə, HİV/AİDS və narkomaniya ilə mübarizəyə, müharibədən ziyan çəkmiş, xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum olmuş, eyni zamanda qanunla ziddiyyətdə olan uşaqların mövcud çətinliklərinin aşkar edilməsi və aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların, habelə nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmək və bu istiqamətdə müvafiq tədbirlər görməkdən ibarətdir. Aylıq çərçivəsində məktəbimizdə də oktyabrın 20-dən silsilə tədbirlərə start verilmişdir.Oktyabrın 20-də məktəbimizin 10a sinif şagirdlərinin iştirakı ilə “Hüquqlarımızı bilirikmi?”adlı “Dəyirmi masa”keçirildi.Şagirdlərin iştirakı ilə baş tutan dəyirmi masa ətrafında BMT-nin "Uşaq hüquqlarının konvensiyası" ilə bağlı söhbətlər aparıldı. Daha sonra geniş diskussiyalar keçirilib, uşaqları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılar yetişməkdə olan gənc nəslin milli adət-ənənələr, vətənpərvərlik ruhunda təlim-tərbiyəsi, maarifləndirməsi işi ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi