18 OKTYABR-MİLLİ MÜSTƏQİLLİK GÜNÜDÜR

Məktəbin illik fəaliyyət planına uyğun olaraq siniflərdə Dövlət Müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş “ 18 Oktyabr Milli Müstəqillik Günü”dür mövzusunda nümunəvi dərslər keçirildi. Həmin dərslərdən biri də 5”B” sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Yaqubova tərəfindən keçirildi.Eramızın I minilliyindən –“ Kitabi Dədə Qorqud” eposundan, bu günə qədər müxtəlif əsrlərdə Azərbaycan xalqının üzləşdiyi hər bir əzab-əziyyət və çətinliklər haqqında şagirdlərə ətraflı məlumatlar verildi.O cümlədən xalqımızın bu çətinliklərə necə sinə gərdiyi bir əsrdə iki dəfə müstəqillik qazandığı barədə də məlumatlar çatdırıldı.Dərsin əvvəlində Vətənimizin azadlığı,suverenliyi,müstəqilliyi yolunda canlarını qurban verən bütün fədakar vətən oğullarının əziz xatirəsi şagirdlər tərəfindən bir dəqiqəlik ehtiram sükutu ilə yad edildi.Şagirdlər Vətənimiz,bayrağımız haqqında müxtəlif şeirlər söylədilər.Sonda Ulu Öndər Heydər Əliyevin məşhur “Mən fəxr edirəm ki,azərbaycanlıyam”kəlamını səsləndirdilər. Yekunda məktəbin direktoru N.F.Ağcayev Milli Müstəqilliyimiz haqqında geniş məlumat verdi,şagirdlərə, Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Yaqubovaya təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi