Müstəqilliyimiz əbədidir!

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. 1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının ildönümlərinin keçirilməsi haqqında verdiyi sərəncama uyğun olaraq hər il oktyabrın 18-i respublikamızda geniş surətdə qeyd olunur.Bu gün məktəbimizdə də müstəqillik günü xüsusilə qeyd edildi.Məktəbimizin tarix müəllimi Şəfiqə Həsənova 11a sinfində “Müstəqilliyimiz əbədidir”adlı “Dəyirmi masa”keçirdi.Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı.Tədbir boyu həmin dövrün reallıqlarını əks etdirən videoroliklər nümayiş etdirildi.Məktəbin direktoru N.Ağcayev,təlim tərbiyə işləri üzrə direktor müavini E.Muqumov və müəllimlər tədbirdə iştirak edərək uşaqlarla maraqlı diskussiiya yaratdılar.Şagirdlər videoroliklərdəki kadrlara münasibət bildirərək tariximizin bu qürurverici dövrü haqqında geniş bilgilərə sahib oldular.Onlar bir daha əmin oldular ki,müstəqilliyə sahib olmadan heç bir millət öz milli sərvətlərinə sahib ola bilməz.Sonda N.Ağcayev Azərbaycan Respublikasının müstəqillik tarixini böyük maraqla öyrənən sabahımızın qurucularına xüsusi təşəkkürünü bildirdi.”Dəyirmi masa”nı təşkil edən Ş.Həsənovanı fəxri fərmanla təltif etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi