“Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı”

Təhsil naziri Mikayıl Cabbarovun “Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında” əmrinə əsasən ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuşdur. Əmrdə qeyd edilib ki, Azərbaycanın silahlı qüvvələrinin 2016-cı ilin aprelində Ermənistan tərəfindən törədilən təxribatların qarşısının alınmasında və işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi müstəsna rəşadət və igidlik, xüsusilə də, ordumuzun qəhrəmanlıq rəmzinə çevrilmiş Lələtəpə əməliyyatında qazanılmış tarixi qələbə ölkəmizin hər bir vətəndaşında böyük ruh yüksəkliyi yaratmış, vətənpərvərlik duyğularını, mübarizə əzmini və işğala məruz qalmış ərazilərimizin tezliklə qaytarılacağına inam hissini gücləndirmişdir. Əmr Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyinin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onlara Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etmək məqsədilə verilib. Bununla əlaqədar məktəbimizin tarix müəllimi Şəfiqə Həsənovanın 11a sinfində ilk dərsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusunda keçirildi. Dərsdə hadisələri mərhələli şəkildə əks etdirən video materialdan istifadə edərək Şəfiqə müəllimə şagirdlərə geniş məlumat verdi. Mövzu ətrafında müzakirələr aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi