Rus dili fənninin tədrisinin yoxlanılması üçün monitorinqlərə start verildi
İyunun 5-də Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin 7”c” sinfində II xarici dil olan rus dilinin tədrisinin yoxlanılması məqsədi ilə monitorinqlərə start verildi. Monitorinqdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov, Azərbaycan dili müəllimi A.Ə.Məmmədova, rus dili müəllimi G.L.Əfəndiyeva, ingilis dili müəllimi S.X.Abbasova və sinif rəhbəri M.Ə.Qarayeva iştirak edirdilər. Monitorinq zamanı rus dili müəllimi G.L.Əfəndiyeva şagirdlərə həm yazılı, həm şifahi tapşırıqlar verdi. Qeyd edək ki, tədris ilinin sonuna kimi rus dili fənninin tədrisinin yoxlanılması davam edəcək.