“Uşaqlar Azərbaycanın gələcəyidir!” adlı tədbir keçirildi

1 İyun-Uşaqların Beynəlxalq müdafiəsi günü ilə bağlı məktəbin akt zalında ibtidai sinif şagirdlərinin iştirakı ilə “Uşaqlar Azərbaycanın gələcəyidir!” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov, müəllimlər və valideynlər iştirak edirdilər. Tədbir rəsmi və bədii hissədən ibarət oldu. Rəsmi hissədə aparıcı-Fatimə Məmmədli bayramın yaranma tarixindən və əhəmiyyətindən danışdı, Uşaq Hüquqları Konvensiyası barədə məlumat verdi . Bədii hissədə isə şagirdlərin ifasında musiqilər-“Mən azərbaycanlıyam!”, “Əzizim baxdı yarım”, “Cücələrim”, “Kukla” səsləndirildi, “Çətir-göyqurşağı-günəş” rəqsi, ispan, hind, özbək rəqsləri oynanıldı, nağara və tar qrupları maraqlı musiqi nömrələri ilə öz məharətlərini göstərdilər, “Maşa və ayı” cizgi filmindən bir səhnə canlandırıldı. Sonda məktəbin idmançıları səhnəyə daxil oldular, “Dədə Qorqud” və “Cırtdan” personajları tədbir iştirakçılarının marağına səbəb oldu. Sonda çıxış edən məktəbin direktoru N.F.Ağcayev Prezident İlham Əliyevin uşaqlara göstərdiyi qayğıdan, imzaladığı beynəlxalq saziş və müqavilələrdən, o cümlədən Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın kimsəsiz uşaqlarla bağlı gördüyü işlərdən danışdı, uşaqlara göstərilən bu qayğının Ulu Öndərin əsasını qoyduğu siyasətin davamının təzahürünün bariz nümunəsi olduğunu vurğuladı. Daha sonra tədbirin təşkilatçılarına-İ.Ə.Qasımovaya, G.İ.Osmanovaya, A.Ə.Məmmədovaya, F.F.Babayevaya, Ü.N.Nəzərliyə, X.S.Məmmədovaya və şagirdlərə təşəkkür etdi. Tədbir “Can, can, can Azərbaycan” mahnısı ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi