“Gündəlik həyatımızda riyaziyyatın rolu” mövzusunda “Açıq dərs” keçirildi
Mayın 31-də Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ç.N.Quliyeva 5”a” sinfində “Gündəlik həyatımızda riyaziyyatın rolu” mövzusunda “Açıq dərs” təşkil etdi. Dərsdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov və məktəbin müəllimləri iştirak edirdilər. Tədqiqatın aparılması zamanı müəllim şagirdləri 5 qrupa bölərək tapşırıqlar verdi. Dərsin sonunda şagirdlər gündəlik həyatda riyaziyyatın rolu haqqında məlumat verməyi, mövzuya əsaslanan məsələ və misalları həll etməyi və gündəlik həyatda yaranmış situasiyalarda riyaziyyatdan istifadə etməyi öyrəndilər.