"Hərəyə bir ağac əkək"

Oktyabrın 10-da 118 nömrəli tam orta məktəbdə “Hərəyə bir ağac əkək” adıaltında iməcilik keçirildi. İməcilikdə məktəbin yuxarı sinif şagirdləri və bütünpedoqoji, texniki kollektivi iştirak edirdi. İməciliyə gələnlər ilk növbədəməktəbyanı sahəni çör-çöpdən təmizlədilər. Sonra isə ağacəkmə kompaniyasıbaşlandı. Məktəbin bütün kollektivi ətraf aləmin yaxşılaşdırılması yönündəyaşıllıqların salınmasının öz işləri ilə sübut etdilər. Onlar şam və küknar ağaclarıolmaqla 37 ədəd ağac əkdilər və onlara müntəzəm qulluq etməyi öz üzərlərinəgötürdülər. Ağac əkmə kompaniyasına kənd sakinlərindən bir neçəsi də həvəsləqoşuldular. Məktəbin direktoru N.Ağcayev də,iməcilikdə fəal iştirak edirdi. O,bilirdi ki, ilin sonuna qədər məktəbyanı sahədə 300-ə qədər ağacın əkilməsinəzərdə tutulur. O, bu işdə yaxından köməklik göstərən kənd sakinlərinə öztəşəkkürünü bildirdi. Tədbir günün birinci yarısına qədər davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi