Tariximizin silinməz izləri-“Qobustan qayaları”

Mayın 28-də E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin tarix müəllimi Ş.N.Həsənovanın təkilatçılığı ilə məktəbizmizin 6”c” sinif şagirdləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya etdilər. Şagirdlərə muzey haqqında geniş məlumat verildi. Qeyd edildi ki, muzey 2011-ci ildə təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Onun fondlarında 100 mindən artıq arxeoloji material toplanıb, onların arasında qazıntılar zamanı aşkar olunan insan qalıqları, daşlar, çini qablar və digər eksponatlar var. Sensor ekranından istifadə etməklə ziyarətçilər ekspozisiya barədə müxtəlif dillərdə müfəssəl məlumat ala bilərlər. Muzeydə həmçinin kitabxana, fotolaboratoriya, elmi-tədqiqat şöbəsi, kinozal, iclas zalı fəaliyyət göstərir. Bütün bu məlumatları şifahi şəkildə alan şagirdlər, muzeyə daxil olduqdan sonra hər şeyin canlı şahidinə çevrildilər. Muzeylə tanışlıqdan sonra şagirdlər qayaüstü rəsmlərə tamaşa etmək üçün yuxarı–dağa qalxdılar. Buradakı qavaldaş onların çox böyük marağına səbəb oldu. Qayaaltı mağaralarla tanışlıq onların dünyagörüşündə çox böyük dəyişikliklərə təkan verdi. Onlar vətənimizin hər qarışında canlı bir tarixin yatdığının, hələ tariximizin açılmayan çox səhifələri olduğunu anladılar. Gəzinti şagirdlərin çox böyük marağına səbəb oldu. Onlar bir-birindən maraqlı şəkillər çəkdirərək bu maraqlı gəzintini yoldaşları ilə paylaşmaq üçün səbirsizlənirdilər. Gəzintidə həmçinin valideynlər də iştirak edirdilər. Onlar da qeyd etdilər ki, belə gəzintilərin mütəmadi təşkil olunması övladlarımızın vətənə sevgi ruhunda böyüməsi üçün çox əhəmiyyətlidir. Şagirdlər gəzintidən çox böyük ruh yüksəkliyi ilə ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi