Şagirdlərimiz “Aida Park” adlı uşaq əyləncə mərkəzində oldular
Mayın 27-də Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin 7”a” sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi A.Ə.Məmmədovanın təşkilatçılığı ilə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində fəaliyyət göstərən “Aida Park” adlı uşaq əyləncə mərkəzində maraqlı həftəsonu keçirdilər. Qeyd edək ki, park 2011-ci ilin may ayının 11-dən fəaliyyət göstərir. Şagirdlər müxtəlif atraksionlardan istifadə etdilər, maraqlı şəkillər çəkdirdilər.