"Mən fəxr edirəm ki, azərbaycanlıyam!"
Mayın 25-də Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin müəllimi N.Ə.Şirəliyevanın təşkilatçılığı ilə 7”b” sinfində 28 may-Respublika gününə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov və müəllimlər iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcı Ədilə Cəlilova 28 may-Respublika günü haqqında ətraflı məlumat verdi. Sonra Yeganə Qəhrəmanlı Bəxtiyar Vahabzadənin “Ayağa dur, Azərbaycan!” şeirini söylədi. Tədbirdə həmçinin şagirdlərdən-Məmişli Elgün, Paşalı Nərmin, Şirinova Səbinə, İsmayılova Qətibə vətənpərvərlik haqqında şeirlər söylədilər, müxtəlif video çarxlar nümayiş olundu. Tədbir şagirdlərin ifasında “Vətən marşı” sədaları altında yekunlaşdı.