28 may-Respublika günü münasibəti ilə tədbir keçirildi
Mayın 25-də Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin tarix müəllimi S.A.Gülməmmədovanın təşkilatçılığı ilə 5”c” sinfində 28 may-Respublika gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov və müəllimlər iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcı Nəsibə Babayeva 28 may-Respublika günü haqqında ətraflı məlumat verdi, sonra şagirdlər vətən haqqında şeirlər söylədilər, mahnılar səsləndirdilər. Daha sonra müəllim bu şanlı günün tarixi əhəmiyyətindən danışdı, tədbirdə müxtəlif video çarxlar nümayiş olundu. Sonda məktəbin direktoru müəllimə təşəkkür etdi və hər kəsi bu gün münasibəti ilə təbrik etdi.