28 may-Respublika gününə həsr olunmuş tennis yarışı keçirildi
Mayın 25-də Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri arasında 28 may-Respublika gününə həsr olunmuş məktəbdaxili tennis yarışı keçirildi. Yarış məktəb rəhbərliyinin xüsusi nəzarəti ilə məktəbin idman zalında baş tutdu. Yarışda 9”b” sinif şagirdi Balayev Əhəd I yerə, 9”c” sinif şagirdi Fərmanlı İlyas II yerə, 9”b” sinif şagirdi Sadıqov Məhəmmədəli III yerə sahib oldular. Yarışda qalib olan şagirdlər məktəbin direktoru N.F.Ağcayev tərəfindən diplomla təltif olundular. Məktəbin direktoru yarışı təşkil etdiklərinə görə fiziki tərbiyə müəllimləri-X.M.Yaqibekova və X.S.Məmmədovaya təşəkkür etdi.