“Molla Pənah Vaqifin siyasi fəaliyyəti” adlı tədbir keçirildi
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalanmışdır. Sərəncamda deyilir: ”2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür...“ Bu Sərəncama əsasən 118 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri mayın 23-də tarix müəllimi Ş.N.Həsənovın rəhbərliyi ilə 9”b” sinfində təşkil olundu. “Molla Pənah Vaqifin siyasi fəaliyyəti” adı ilə təşkil olunan tədbirdə müəllim məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin XVIII əsrdə Azərbaycanın tarixində oynadığı roldan və Azərbaycanın birliyi və bütövlüyü uğrunda qələmi ilə apardığı mübarizələrdən danışdı. Qeyd edək ki, tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov və müəllimlər iştirak edirdilər.