Şagirdlərimiz Bakı heyvanat parkında oldular

Mayın 21-də E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi F.F.Babayevanın rəhbərliyi ilə 3”c” sinif şagirdləri Bakı heyvanat parkında oldular. Heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir. Bakı heyvanat parkında Azərbaycanın faunasına aid olan adi, nadir və nəsli kəsilməkdə olan heyvanlardan başqa dünyanın müxtəlif iqlim qurşaqları üçün xas olan heyvanların genofondu toplanmışdır. Hal-hazırda Bakı Heyvanat parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir. Bakı heyvanat parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot, uçan misir iti, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar saxlanılır. Bakı heyvanat parkında adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə olan və nadir növlər gətirilib saxlanılır. Bunlara ceyran, Dağıstan turu və nəcib maral, qırmızı canavar kimi heyvanlar daxildir. Heyvanat parkında olan yırtıcı quşların əksəriyyəti – berkut, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu Qırmızı Kitaba daxil edilib, qorunur. Sürünənlərdən Aralıq dəniz tısbağası yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur. Heyvanat parkımızda heyvanların növlərinin sayının artırılması əsasən xarici zooparklarla mübadilə yolu ilə aparılır. Qeyd edək ki, şagirdlərimiz olduqca maraqlı həftəsonu keçirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi