5 oktyabr-beynəlxalq müəllimlər günüdür
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1444284848561609b06fcdc8.54638395.jpg)
Zaman-zaman müəllim haqqında müdrik sözlər,gözəl kəlamlar deyənlər çox olmuşdur. Platon deyirdi:"Muəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir".Ulu öndərimiz Heydər Əliyev deyirdi:"Muəllim yeganə şəxsiyyətdir ki,cəmiyyət özünün gələcəyini,usaqların tərbiyəsini yalnız ona etibar edir".Bu fikir muəllimə verilmiş ən gözəl tərifdir.Dogurdan da,cəmiyyətin qurucusunu,onu idarə edənləri,fəhləni,muhəndisi,baytarı,alimi,həkimi və s. hər kəsi tərbiyə edən müəllimdir. Ona gorə də,müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir. Bu gun respublikamızın hər yerində 5 oktyabr-Beynəlxalq muəllimlər günü münasibətilə tədbirlər keçirilir. Bu şərəfli və muqəddəs peşə sahiblərinin işığına toplaşmış 118 nomrəli tam orta məktəbin şagird və müəllim kollektivi də,muəllim sənətindən, onun cəmiyyətimizə verdiyi töhfələrindən söhbət açdılar. Bu münasibətlə təşkil edilmiş tədbirdə çıxış edən şagirdlər onları "göylərə qaldıran" bu uca sənət sahiblərindən ürəkdolusu danışdılar. Tədbirdə məktəbin direktoru N.Agcayev cıxış edərək, muəllim kollektivini urəkdən təbrik etdi, onlara işlərində yeni-yeni ugurlar arzuladı. Öz çıxışında o, ümummilli lider H.Əliyevin müəllimə və müəllim sənətinə verdiyi yüksək dəyərdən söz acdı. Muasir dövrümüzdə müəllim peşəsinə qoyulan tələblərin tam şəkildə ödənilməsi haqqında öz tövsiyyə və məsləhətlərini verdi.Azərbaycan Respublikasının yeni Təhsil Strategiyasının müəllimlərə verdiyi geniş imkanlardan söz açdı.N.Agcayev muəllimlərin peşə bayramlarında bir sıra muəllimləri fərmanlarla təltif etdi və yeni-yeni nailiyyətlərə səslədi. Məktəbin dil-ədəbiyyat muəllimi, Həmkarlar İttifaqının sədri A.Məmmədov da muəllimləri təbrik etdi və onların sosial müdafiəsini gücləndirmək ücün bir sıra tədbirlərin görüldüyünü bildirdi. O, ibtidai sinif muəllimi Sevda Zeynalovaya, əmək veteranı vəsiqəsini təqdim etdi və bildirdi ki, bir sıra müəllimlərin də adları artIq bu məqsədlə HIK-nə verilmisdi və bu yaxInlarda onlar ücün də musbət cavab alInacaq. Sonra şagirdlər oz şeirlərində, musiqi parçalarında müəllimlərini ürəkdolusu vəsf etdilər. Tədbirin rəsmi hissəsi basa catdıqdan sonra muəllimlər ücün təşkil olunmuş çay süfrəsi arxasında bayram tədbirini davam etdirdilər.