Məktəbin kollektivi Qobustan dövlət tarixi-bədii qoruğunda oldu
Mayın 20-də E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin V”b” sinif şagirdləri məktəbin müəllimləri - X.İ.Süleymanova və S.A.Gülməmmədovanın rəhbərliyi ilə Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi Qobustan dövlət tarixi-bədii qoruğunda oldular. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s. var. Tarix müəllimi S.A.Gülməmmədova şagirdlərə Qobustan adının mənşəyi, Qobustanın tədqiqi, flora və faunası, qədim qobustanlıların etnik mənşəyi, yaşayış yerləri və məşğuliyyətləri haqqında ətraflı məlumat verdi. Qayaüstü təsvirlər və “Qavaldaşı” uşaqların xüsusi marağına səbəb oldu. Şagirdlər maraqlı bir gün keçirdilər.