“Bütün dünya türkləri birləşin!” devizi altında VIII sinif şagirdləri arasında “Breyn-rinq” intellektual yarış təşkil olundu

Dünya tarixi və mədəniyyətində xüsusi yeri olan türk millətinin gördüyü işlər danılmazdır. Türklərin bəşər tarixinə bəxş etdiyi incilər indi də öz izini qoruyub saxlayır. Mayın 19-da E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə 3 May-Türkçülük günü münasibəti ilə məktəbin tarix müəllimlərinin təşəbbüsü ilə “Bütün dünya türkləri birləşin” devizi altında VIII sinif şagirdləri arasında “Breyn-rinq” intellektual yarışı təşkil olundu. Yarışda məktəbin direktoru N.F.Ağcayev, müəllimlər və valideynlər iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin tarix müəllimi Ş.N.Həsənova bu gün haqqında tədbir iştirakçılarına məlumat verdi. Daha sonra komandaları və münsiflər heyətini iştirakçılara təqdim etdi, yarışın şərtləri haqqında məlumat verdi. Yarış zamanı şagirdlərə türk xalqlarının tarixindən, keçdiyi döyüş yollarından, mədəniyyətindən bəhs edən suallar verildi. Sonda münsiflər heyətinin qərarına əsasən məktəbin VIII”ç” şagirdləri yarışın qalibi elan olundular və onlar təşkilat komitəsi tərəfindən diplom və mükafatla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi