Qarşılıqlı dərs dinləmələri davam edir

Mayın 16-sı məktəbin ibtidai sinif müəllimi Validə Hüseynovanın 2e sinfində riyaziyyat fənnindən “Düşünün, fikir yürüdün” mövzusunda dərs dinləməsi oldu. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A.Ə.Məmmədova, 275 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi S.İ.Umudova iştirak edirdilər. Dərs zamanı müəllim dərsin mərhələlərinə düzgün əməl etdi. Şagirdlər hadisənin baş vermə ehtimalı haqqında “mümkündür”, “ola bilər”, “ola bilməz”, “əlbəttə”, “mümkün deyil” kimi ifadələr işlətməklə öz fikirlərini bildirmək bacarığına yiyələndilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi