“Mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti” mövzusunda "Açıq dərs" keçirildi
15 may 2017-ci il tarixində Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin tarix müəllimi S.A.Gülməmmədovanın VII"C" sinfində “Mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti” mövzusunda "Açıq dərsi" oldu. Dərsdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov və məktəbin müəllimləri iştirak edirdilər. Müəllim 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə etmiş, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövləti olan Səfəvilər dövləti haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, dövlətin əsasını I İsmayıl 1501-ci ildə Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvilər dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları haqqında məlumat verildi. Həmçinin Səfəvilər dövlətinin müasir Azərbaycanın milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynadığı xüsusi vurğulandı. Sonda məktəbin direktoru müəllimə və şagirdlərə təşəkkürünü bildirdi.