Məktəbin kollektivi “Qala” Dövlət tarix-etnoqrafiya qoruğunda və Mərdəkan dendrarisində oldu

12 may 2017-ci il tarixdə E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin Vc, Vç və VIa sinif şagirdləri müəllimləri- Alıyeva Bəsti, İsmayılova Aygün, Babayeva Ramilənin rəhbərliyi ilə “Qala” Dövlət tarix-etnoqrafiya qoruğuna və Mərdəkan dendrarisinə ekskursiya etdilər. Qoruğun ərazisində qorunan memarlıq ve arxeoloji abidələr haqqında şagirdlərə ətraflı məlumat verildi. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 3 hamam, 4 ovdan, 5 məscid, yeraltı kəhrizlər, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur. Zəngin floraya malik olan Mərdəkan dendrarisi uşaqların daha çox marağına səbəb oldu. Şagirdlər Mərdəkan dendrarisində ölkəmizin və dünyanın bir çox yerlərindən gətirilən bitki növləri ilə tanış oldular. Ekskursiya şagirdlərdə xoş əhval, maraqlı təəssürat yaratdı.