Aşıq Ələsgərin “Dağlar” şerinin məzmunu mövzusunda "Açıq dərs" keçirildi

118 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yaqubova Ülkər Xəlil qızı 12 may 2017-ci il tarixində 10"B"sinfində Aşıq Ələsgərin “Dağlar” şerinin məzmunu mövzusunda "Açıq dərs" təşkil etdi. Dərsdə müasir interaktiv təlim metodlarından, əyani vəsaitlərdən istifadə olundu. Dərsdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov və müəllimlər iştirak etdilər. Şagirdlər Aşıq Ələsgərin həyatı, yaradıcılığı, poeziyası, Azərbaycanın coğrafiyası, qədim Göyçə mahalının aşıqları haqqında geniş məlumatlar verdilər. Dədə Ələsgərin nəvəsi İslam Ələsgərlinin xatirələri və digər video çarxları izlədilər. Azərbaycanın əsrarəngiz təbiəti, başı qarlı dağları, güllü-çiçəkli yamacları, eyni zamanda XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrin Aşıq Ələsgər lirikasına necə təsir göstərtdiyi barədə biliklər şagirdlərə çatdırıldı. Dərsdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində milli mədəni dəyərlərimizin UNESKO-nun “Dünya irs siyahısı”na salınmasında göstərdiyi xidmətləri barədə şagirdlərə ətraflı məlumatlar verildi. Dərs işgüzar səs-küy şəraitində viktorinanın keçirilməsi ilə başa çatdı. Yekunda məktəbin direktoru N.F.Ağcayev şagirdlərə öz tövsiyəsini verdi, eyni zamanda onlara və müəllim Ülkər Yaqubovaya öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi